"Xahiş edirəm, o videoya bir daha baxın"


Şou-biznes 04 İyn 2019 19:59:00 263 0

"Xahiş edirəm, o videoya bir daha baxın"

Tanınmış müğənni Manaf Ağayev "Ölkə.Az"ın suallarını cavablandırıb. 

Son.az həmin müsahibəni təqdim edir:

- Niyə sizi xanım sənətçilərin müdafiəçisi kimi qələmə verirlər. Məsələn, bundan öncə Mətanət Əsədova, ondan əvvəl Fədayə Laçını müdafiə etmişdiniz. Ümumiyyətlə, bu təqdimatla razılaşırsınız?

- Mən görsəm ki, hansısa xanım doğrudan səhv edib, onu heç vaxt müdafiə etmərəm. Ədalətli olmaq lazımdır. Tanımadığım xanımı müdafiə etmərəm. Bəlkə elə tənqid olunmağa layiq adamdır. Mənim müdafiə etdiklərim yolla keçənlər deyil. Nazpəri xanımı tanıyıram, sənətinə də bələdəm, respublikanın xalq artistidir, sadə adamdır, sözünü demiş sənətkardır. Görürəm ki, heç nədən onun üstünə düşüblər. Əslində, burada qabardılacaq heç nə yoxdur. Müğənnilərimiz də bu vəziyyətdən ləzzət alırlar.

-Yəni, sənətçilər arasında birlik yoxdur...

- Bəli, birlik yoxdur. Kimsə çıxıb demir ki, ay başına dönüm, burada nə olub ki? Axı Nazpəri xanım kimisə söyməyib, kiminsə şəxsiyyətinə toxunacaq söz işlətməyib. Bilirəm ki, Nazpəri xanım savadlı qadındır, elə söz işlətməz, yaşı da az deyil. Sadəcə, həmin videonu yarımçıq kəsib qoyublar, camaat da səhv başa düşüb. Əslində, qadınla bağlı olan söhbətə girişməyi xoşlamıram. Amma bu söhbətin bir tərəfi də mənimlə bağlı oldu. Mən bir il öncə metroda çəkilən verilişdə iştirak etmişdim. Bu söhbət ortaya çıxandan sonra həmin verilişdən olan videonu paylaşdılar. Guya mən Nazpəri xanıma atmaca atmışam. Ona görə də məcbur qalıb aydınlıq gətirdim.  

- Razılaşın ki, bəzən bu cür açıqlamalarınız sizin öz əleyhinizə də çevrilir.

- Deyir, tanınmış kəndə bələdçi yoxdur. İndi olduğumuz verilişə iki zəng gəldi, hər ikisi dedi ki, Manaf şəxsiyyətdir. Bakı balaca şəhərdir, hamı hamını qəşəng tanıyır. Mən ömür boyu vuranın yox, yıxılanın böyründə olmuşam. Əgər kimsə haqqına yıxılıbsa, ona nə edə bilərəm ki?

- Fədayə Laçının ailəsi ilə ünsiyyətiniz davam edirmi?

- Son zamanlar yox. Təxminən bir il maraqlandım. Fədayəyə 5 il cəza kəsilib. Yəqin ki, yaxşı bir şey olacaq. İnşallah, ya aminstiyaya düşər, ya cəzasının üçdə birini çəkəndən sonra azadlığa çıxar. Bu, dövlətin işidir, onu mən deyə bilmərəm.

- Bir neçə gün öncə verdiyiniz müsahibədə (sözügedən müsahibə lent.az saytında dərc edilmişdi) işlətdiyiniz "həyat yoldaşıma bir dəfə əl qaldırmışam" cümləsi də müzakirələrə səbəb olmuşdu.