Çiyələyin faydaları və istehlak qaydaları


Digərləri 04 İyn 2019 19:59:14 238 0

Çiyələyin faydaları və istehlak qaydaları

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Çiyələyin faydaları və istehlak qaydaları" adlı araşdırma aparıb.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Çiyələyin faydaları və istehlak qaydaları" adlı araşdırma aparıb. Trend araşdırmanı təqdim edir: Mövsümü gəldiyindən çiyələyə tələbat artır. Odur ki, çiyələk alarkən istehlakçıların diqqət etməli olduqları məqamlar var. Nəzərə almaq lazımdır ki, bu giləmeyvənin insan orqanizminə faydaları olduqca böyükdür. A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir. Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətinə soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür. Çiyələklərin həddindən artıq istehlakı insan orqanizmində diareya və qaz, qaraciyər xəstəliyi, sarılıq, tənəffüs yollarının ağrısı və şişməsi (iltihabı), artrit, sinir gərginliyi, su tutma (ödəm), böyrək xəstəlikləri, böyrək daşları, yüksək hərarət, allergik reaksiyalar və s. kimi xəstəliklərə səbəb ola bilər.