Kürdəmirdə avtomobil velosipedçini vurub öldürdü


Digərləri 04 İyn 2019 18:53:00 209 0

Kürdəmirdə avtomobil velosipedçini vurub öldürdü

Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də saat 13 radələrində Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində kənd sakini S.Mirzəyev idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında velosiped sürən, həmkəndlisi Ramin Nadirovu vurub və idarəetməni itirdiyindən yoldan çıxıb. Nəticədə velosipedçi hadisə yerində ölüb, S.Mirzəyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.