Şəkidə qəza iki bacını xəstəxanalıq etdi


Digərləri 04 İyn 2019 18:21:00 193 0

Şəkidə qəza iki bacını xəstəxanalıq etdi

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza bir neçə dəqiqə əvvəl qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan "Jiquli" markalı avtomobilin "Mercedes" ilə toqquşması nəticəsində iki nəfər xəsarətlər alıb.

Xəsarət alan şəxslər taksinin sərnişinləri olan iki bacıdır. 1974-cü il təvəllüdlü Bəkirova Ruziyə Əlövsət qızı bədənin, başın müxtəlif nahiyələrinin travması, 1979-cu il təvəllüdlü Mabudova Leyli Əlövsət qızı isə sol qolun aşağı hissəsinin sınığı ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda R.Bəkirova reanimasiya şöbəsindədir və onun komada olduğu bildirilir.