NASA kosmosdan yayımı yarımçıq kəsdi


Dünya 04 İyn 2019 18:17:00 194 0

NASA kosmosdan yayımı yarımçıq kəsdi

NASA Beynəlxalq Kosmik Stansiyadakı veb-kameradan yayımlanan görüntünü yarımçıq kəsib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu isə ufoloqlar və kosmik sirlərlə maraqlanan insanlar üçün gözlənilməz olub. Yayımın kəsilməyinə səbəb isə qaranlıq planetimizə doğru  istiqamətlənən işıq şüası olub. İşıq şüası o qədər fantastik olub ki, kosmosu müstəqil tədqiq edən ufoloqlar bu anı lentə alıblar və sosial şəbəkədə paylaşıblar.

Bu nədir və belə güclü şüanı planetimizə kim göndərir? Əgər kadrlara diqqətlə baxsaq, kosmosun qaranlığında diskəbənzər silueti sezmək olur. Görünür, bu şüanı bu obyekt göndərir. NASA-nın yayımı  yarımçıq dayandırması isə müzakirələrə səbəb olub.