“Təmiz ölkəm” paytaxt şagirdləri arasında ekoloji maarifləndirmə həyata keçirir (FOTO)


Digərləri 04 İyn 2019 18:10:00 184 0

“Təmiz ölkəm” paytaxt şagirdləri arasında ekoloji maarifləndirmə həyata keçirir (FOTO)

132-134 nömrəli məktəb kompleksində plastik tullantıların qarşısının alınması ilə bağlı maarifləndirici dərs baş tutub.

Bakı. “ADA” universitetinin, “ADA Universiteti” Fondunun, Coca-Cola Fondunun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Təmiz ölkəm” layihəsinin növbəti mərhələsində məktəblərdə ekoloji maarifləndirmə təlimləri keçirilir. Trend-in məlumatına görə, bu dəfə layihə çərçivəsində 132-134 nömrəli məktəb kompleksində plastik tullantıların qarşısının alınması ilə bağlı maarifləndirici dərs baş tutub. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi və ADA Universiteti Fondunun sponsorluq layihələri şöbəsinin direktoru Firuzə Əliyeva şagirdlərə plastik, onun yaranma tarixi, istifadəsi, tullantıya çevrildiyi halda təbiətə vurduğu ziyan barədə ətraflı məlumat veriblər. İnteraktiv üsullarla keçirilən dərsdə uşaqlar əyani olaraq plastiklərdən hazırlanmış əşyalar, onlardan düzgün yararlanma, plastik tullantıların qarşısının alınması yolları, plastiklərə alternativ materiallar haqqında məlumatlandırılıblar. “Müasir zamanda ən çox istifadə olunan, ən çox tələb duyulan materiallardan biri də plastikdir. Ucuz və davamlı olması plastiki məişətimizin əvəzolunmaz hissəsinə çevirib. Amma plastik tullantıya çevrilərsə, onun təbiətə vurduğu ziyan ölçülməzdir. Bu məqsədlə də biz, məktəblərdə plastik materialların tullantıya çevrilməməsi üçün maarifləndirici işlər aparırıq. Təbiəti qorumaq, ekoloji tarazlığı bərpa etmək gənc nəslin üzərinə düşən məsuliyyətli işdir. Biz bu işdə onları maarifləndirmək, onlara doğru olanı göstərmək üçün çalışırıq” deyə Firuzə Əliyeva bildirib.