Elgiz aşıqlar haqda ağır sözlər dedi


Şou-biznes 04 İyn 2019 17:44:00 292 0

Elgiz aşıqlar haqda ağır sözlər dedi

Aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində aşıqlarla bağlı mövzu qoyub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, proqramında aşıq ifaçılarının savadsızlığından bəhs edib:

"Son 2-3 ildir aşıqlar arasında qəribə bir tendensiya başlayıb. Aşıq musiqisi haqda təzadlı fikirlər yayılır. Bir dəfə çox önəmli şəxs mənə dedi ki, aşıqları görəndə gülməyim gəlir. Bəzi aşıqlar aşıqlıqla klounluğu sintez ediblər. Bu sözü deyən kimi, aşıq Mübarizi dediyimi düşünürlər. Onunla əlaqəsi yoxdur.

Aşıqlarımızda mədəniyyət yoxdur. Biz intellektli aşıq görmürük. Aşıq sənəti niyə savadsızlığın təbliği olmalıdır? Aşıq sazı qoyanda, oturub savadlı danışmalıdır".