Nazirlik ov turizmi ilə məşğul olanlara müraciət etdi


Digərləri 04 İyn 2019 16:21:00 239 0

Nazirlik ov turizmi ilə məşğul olanlara müraciət etdi

Bəzi yerlərdə ov etmək qadağandır.

Bakı. İlhamə İsabalayeva - Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, qaydalara ciddi əməl etsinlər. Bəzi yerlərdə - sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib. Onun sözlərinə görə, ova icazə verilərkən heyvanat aləminin bioloji xüsusiyyətləri əsas götürülür. F.Məmmədov qeyd edib ki, Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib. Ov mövsümü 2020-ci il martın 7-dək davam edəcək. Ovçular nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər.