Dilarə Əliyeva “xına”ya hazırlaşır


Şou-biznes 04 İyn 2019 16:05:00 244 0

Dilarə Əliyeva “xına”ya hazırlaşır

İyunda əməkdar artist Dilarə Əliyeva və "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin ailəsində xoş günlər yaşanacaq.

Son.az axşam.az-a istinadən bildirir ki, ilk öncə iyunun 18-də sənətçilərin qızı Aytənin xınayaxdı mərasimi keçiriləcək. İyunun 23-də isə məşhur cütlük övladlarına toy məclisi təşkil edəcək.

Qeyd edək ki, Aytən ötən ilin avqustunda Sadıq adlı şəxslə nişanlanıb. Dilarə kürəkəninin Fransada yaşadığını açıqlayıb. Oqtay və Dilarə cütlüyünün Banu adlı daha bir övladı da var.