Çarukyan həbs olunur?


Dünya 04 İyn 2019 14:35:00 207 0

Çarukyan həbs olunur?

Çiçəklənən Ermənistan partiyasının lideri, oliqarx Qagik Çarukyan 2008-ci il martın 1-də İrəvanda baş vermiş qətliamda mühafəzi dəstələrinin iştirakı barədə istintaqa ifadə verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Jamanak" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Çarukyan istintaqa ifadəsində mühafizəçilərinin qanlı hadisələrdə iştirak etmədiyini bildirərək, bu barədə yayılmış məlumatı təkzib edib.

Nəşr yazıb ki, bir neçə saat davam edən dindirilmədə Qagik Çarukyan mühafizəçilərinin olaylarda iştirakı və o günlərdə xərclədiyi pullara dair sualları cavablandırıb.

Ermənistan Xüsusi İstintaq Komitəsinin sözçüsü Marina Oqandzanyan bu məlumat haqda jurnalistin sualına cavab verməkdən imtina edib.

Əlavə edək ki, Qagik Çarukyan 2008-ci il martın 1-də İrəvana baş vermiş aksiyalar zamanı dönəmin Ermənistan hakimiyyətinə dəstək verməkdə, etirazçıların üzərinə silahlı mühafizəçi dəstələri göndərməkdə ittiham olunur. İttihamlar sübut olunacağı halda partiya lideri həbs oluna bilər.