Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir (FOTO)


Digərləri 04 İyn 2019 14:34:33 205 0

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir (FOTO)

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir

Bakı. “Böyük İpək yolu”nun tərkib hissəsi olan və 503 km məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır. Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək.