"Onun qara giləsini harada görüb o? Gecə vaxtı camaatın qızının..."


Şou-biznes 04 İyn 2019 14:07:00 227 0

"Onun qara giləsini harada görüb o? Gecə vaxtı camaatın qızının..."

"Gəlmişəm otağına oyadam səni, qaragilə", onun qara giləsini harada görüb o? O vaxtı senzura var idisə, demirdi ki, bu gecə vaxtı camaatın qızının otağına niyə girirsən? Əri deyilsən, qardaşı deyilsən! Nə oldu, indiyə qaldı hamısı? "Budur gəlir cüt bacı, qadan alım" - Yəni, iki bacıya da göz birdən qoyur. Bu, bizim kişilərimizin şorgözlülüyündən bəhs edən bir mahnıdır. Bunun nəyini fəxarətlə deyim ki, bu xalq mahnısıdır? Xalq belə mahnılar yaza bilməz. Ya da "O yana döndər məni, bu yana döndər məni" - Bu nədir bəyəm sənin üçün, evakuatordu fırlatsın?

Son.az xəbər verir ki, bu fikirləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) xalq mahnılarımızın sözlərindəki yanlış ifadələrdən danışarkən deyib.

Məsələ ilə bağlı əməkdar artist Baloğlan Əşrəfov telefon ilə canlı yayıma bağlanıb. O, yarım əsrdən çox yaşı olan sözügedən mahnıların illərdir doğru-düzgün təqdim edilmədiyindən şikayətlənib:

""Araz axar qıyqacı" mahnısı ilə bağlı dediniz. Vaxtı ilə o mahnını oxuyan çox böyük sənətkarlarımızdan hansı biri isə onu səhv oxuyub. O da efirə belə gedib, hamı da onu elə qəbul edib. Amma, əslində, bu, bizim ədəbiyyatda belə deyil. Düzü belədir: "Araz axar qıyqacı, Budur gəlir cüt bacı. Biri mənim öz yarım, biri onun dilmacı".


Xəbərə aid foto