Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədilə tədbir keçirilib


Digərləri 04 İyn 2019 13:40:00 255 0

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədilə tədbir keçirilib

Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə başlanan “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədilə tədbir keçirilib.

Bakı. Samir Əli - Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə başlanan “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə universitetin rektoru Ədalət Muradov, təhsil müəssisəsinin rəhbər işçiləri, Xalq şairi Vahid Əziz, Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Bəkir Osmanov və kursantlar iştirak edib. Əvvəlcə aksiya çərçivəsində hərbi hissələrə səfərlərlə bağlı hazırlanan video-çarx nümayiş olunub. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, o cümlədən hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsində bu layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin orduya xüsusi diqqət və qayğısı göz qabağındadır. Cənab Prezidentin qayğısı nəticəsində hərbi hissələrinin 80 faizdən artığı əsaslı təmir olunub və yenidən qurulub: "Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Şəxsi heyət arasında mənəvi-psixoloji hazırlıq gün-gündən artır, hərbi vətənpərvərlik ruhu yüksəlir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini bir daha dünyaya sübut etdi. Azərbaycan Ordusu bir daha sübut etdi ki, biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə hər zaman hazırıq".