SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib


Digərləri 04 İyn 2019 13:27:00 258 0

SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib

SOCAR 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Bakı. SOCAR 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb. Trend-in məlumatına görə, hesabata əsasən, şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard1manata çatdırıb. Satışların maya dəyəri 105,5 milyard 2 manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard 3 manat təşkil edib. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard 4 manata çatıb. SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,2 milyard 5 manat təşkil edib. Hesabat ilində xam neftin satışından 58,5 milyard6 manat, neft məhsullarının satışından isə 40,1 milyard 7 manat əldə edilib.