15 yaşında evlənən Roman: "3 arvadım, yeddi uşağım var"


Digərləri 04 İyn 2019 13:17:00 286 0

15 yaşında evlənən Roman: "3 arvadım, yeddi uşağım var"

Azərbaycanda kişi özündən 10 yaş böyük hamilə yoldaşını küçənin ortasında atıb qaçıb.

Son.az big.az-a istinadla bunu "Xəzər" televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və həyat yoldaşı Roman Tağıyevi axtaran Şəlalə Əliyeva deyib.

O qeyd edib ki, həyat yoldaşı Tağıyev Romanla 2006-cı ildə ailə qurub: "Ailə qurmağıma çox peşman olmuşam. Qazancı yox idi. Nə evə, nə də ki uşaqlara baxmırdı. Uşağımız gec oldu. Övladımız dünyaya gəldikdən sonra mənə dedi ki, sizə baxmıram, get, başına çarə qıl. 2010-cı ildən onun üzünü görmürdüm. O gedəndə bir uşağımın 1 yaşı var idi. İkinciyə isə hamilə idim. Bizi küçənin ortasında qoyub qaçdı. Bizi yaşlı nənə gətirib buraya yığdı. O nənə uşaqlara geyim və yemək aldı. 10 ildir ki, uşağımı küçə süpürməklə saxlayıram. Həyat yoldaşım məndən 10 yaş kiçik idi".

Roman efirə bağlanıb bildirib ki, onunla neçə il yaşayıb, amma yaşını bilməyib: "Bir uşaq məndəndir. O biri isə məndən deyil. Mən bir uşağıma aliment verirəm. Şəlalə mənim ikinci arvadımdı. Şəlalədən başqa 3 arvadım da var. Bütün arvadlardan 7 uşağım var, 3 uşağım 18 yaşdan böyükdür. Amma yenə də onlara baxıram. 15 yaşında ailə qurmuşam. Hazırda 36 yaşım var".


Xəbərə aid fotolar