Energetika naziri vətəndaşları qəbul edib


Digərləri 04 İyn 2019 11:27:00 186 0

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib. Trend-in məlumatına görə, qəbulda Bakının Qaradağ və Nizami rayonundan, eləcə də Şirvan şəhərindən olan 10-a yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin dəyişdirilməsi, qaz sayğaclarının yenilənməsi, tikinti obyektlərinin qaz təchizatı şəbəkəsinə qoşulması, işlə təminat və digər məsələlərlə bağlı olub.