Nazir: Artıq onlayn qaydada fermerlərin istehsal etdiyi məhsulları əldə etmək olar


Digərləri 04 İyn 2019 10:35:00 224 0

Nazir: Artıq onlayn qaydada fermerlərin istehsal etdiyi məhsulları əldə etmək olar

Azərbaycanda aqroekoturizmin inkişafına həsr olunan "Şəhərdən kəndə" layihəsinin icrasına başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda aqroekoturizmin inkişafına həsr olunan "Şəhərdən kəndə" layihəsinin icrasına başlanılıb. Trend-in məlumatına görə, layihənin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illərdə ölkəmizdə ixrac potensialı artıb: "Kənd təsərrüfatının inkişafı bu sahədə bol məhsuldarlığa səbəb olub. Azərbaycan məhsulları həm yerli bazarlar üçün nəzərdə tutulur, həm də xaricə ixrac olunur. "Kənddən şəhərə" layihəsinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının birbaşa kənddən şəhərə təqdim edilməsidir. Artıq vətəndaşlar onlayn qaydada fermerlərin istehsal etdiyi məhsulları əldə edə bilirlər. Ancaq artıq "Şəhərdən kəndə" layihəsinin icrasına da zərurət yaranıb". İ.Kərimov əlavə edib ki, "Şəhərdən kəndə" layihəsinin məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması, alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, onların ailə bizneslərinə dəstək olmaqdır.