Küçənin ortasında qanlı olay


Dünya 04 İyn 2019 09:48:00 279 0

Küçənin ortasında qanlı olay

Türkiyənin Zonquldağ şəhərində qanlı olay baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin "Kozlu ilçe" meydanında Səbahəddin K. ilə Mətin Alagözoğulları arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə qısa vaxt ərzində davaya çevrilib.

Bunun ardınca Səbahəddin K. cibindən çıxartdığı bıçaqla Alagözoğullarını boğazından yaralayıb və hadisə yerindən uzaqlaşıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerindən qaçan Səbahəddin K. isə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.