Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib


Digərləri 04 İyn 2019 09:05:00 219 0

Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib

Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

Bakı. İlhamə İsabalayeva - Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, müvafiq vəsatət rəsədxananın fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb. Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır.