Yuxuda olarkən belə sizi İzləyən Pokemon Sleep oyunu


Digərləri 04 İyn 2019 08:31:00 254 0

Yuxuda olarkən belə sizi İzləyən Pokemon Sleep oyunu

Pokemon şirkəti və Ninantic "Pokemon Go"nun dünya miqyasında tanınmasından çox razıdırlar.

Son.az chip.az-a istinadən bildirir ki,yaxın zamanlarda baş tutan mətbuat konfransında iki şirkət yeni mobil oyun "Pokemon Sleep"i təqdim etdi. Oyunu daha əvvəl "Pokemon Magikarp'"ı hazırlayan Select Button təkmilləşdirəcək.

Bununla bərabər "Pokemon Go Plus +" sizin yuxunuzu təqib etməyə başlayacaq. Bu sistem oyun içərisində istifadə edilə biləcək.

"Pokemon Sleep" gələn ildən əvvəl sərbəst buraxılmasa da bu yeniliyə dəstək vermək məqsədi ilə bu gündən etibarən "Pokemon Go"da yatan Snorlax obrazı yer alacaq. Tutulduğu zaman normal bir Snorlax kimi olan bu "Pokemon"un hücumu "Yawn" olacaq.