Bakıda avtomobil dərəyə aşıb,


Digərləri 04 İyn 2019 08:33:00 281 0

Bakıda avtomobil dərəyə aşıb,

Bakıda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Yasamal rayonunda "Ravon" markalı minik avtomobili dərəyə aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.