iPhone XR 2019 modelinin hansı rənglərdə olacağı məlum oldu


Digərləri 04 İyn 2019 08:05:00 358 0

iPhone XR 2019 modelinin hansı rənglərdə olacağı məlum oldu

Bu yaxınlarda "iPhone XR" modellərinin dizayn görüntüləri ortaya çıxdı.

Son.az chip.az-a istinadən bildirir ki, bu ilin modellərində keçən ildə olduğu kimi eyni rəng palitrası olacaq, dizaynda radikal dəyişiklik olmayacaq.

Beləliklə, bu ilki "iPhone XR"lər  qızılı, boz və qara rəngdə təqdim olunacaq. Hazırda müxtəlif operatorlar üçün nəzərdə tutulan qırmızı telefonlar da mövcud olacaq.

Yeni rənglər isə bir qədər fərqlidir. Məsələn, bu dizaynlarda mövcud olan parlaq qızıl sarısı mat tonu ilə əvəzlənir. Kameranın arxa hissəsində yerləşən kamera diqqət çəkir. "Apple" bu hissəni daha kiçik bir şəkildə dizayn edə bilərdi, lakin XS ilə eyni dizaynı saxlamaq üçün bu formada tətbiqetdikləri ehtimal olunur.