UEFA-nın yeni reytinq siyahısı: "Qarabağ" "Milandan" və "Lester"dən öndə


Digərləri 04 İyn 2019 05:43:00 217 0

UEFA-nın yeni reytinq siyahısı: "Qarabağ" "Milandan" və "Lester"dən öndə

UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb

Bakı. UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb. Trend-in məlumatına görə, sıyahıda birinci yerdə "Real", ikinci yerdə "Barselona", üçüncü yerdə isə "Bavariya" qərarlaşıb. İlk onluqda həmçinin "Atletiko", "Yuventus", "Mançester Siti", "Sevilya", "PSJ", "Arsenal" və "Porto" qərarlaşıblar. Azərbaycanın "Qarabağ" klubu siyahıda İtaliyanın "Milan" (78), İngiltərənin "Lester" (72) və Hollandiyanın "Feyenord" (71) klublarından önə keçərək 70-ci yerdə qərarlaşıb.