Ərik yeməklə bu xəstəliklərdən qurtulun


Digərləri 03 İyn 2019 22:44:00 219 0

Ərik yeməklə bu xəstəliklərdən qurtulun

Ərik digər meyvələrdən tərkibində daha çox vitamin və mineral olması ilə seçilir. Söhbət təbii ki, natural yetişdirilmiş, özü ağacda yetişən, yerli sort və dərmansız meyvədən gedir.

Ərikdə A-dan tutmuş, C, E, PP vitaminəri, beta karotin, yod, maqniy, dəmir, fosfor, pektinlər, turşular, natrium boldur. 

Son.az medicina.az-a istinadən bildirir ki, əriyin orqanizmə və müxtəlif xəstəliklərə 10-dan çox faydası vardır.

1.Sümük və oynaqlar üçün

Duzları çıxarır, iltihabı azaldır, artrit və artroz, revmatizm, sümük yeyilməsi xəstəliklərində təzə şirəsi faydalıdır. Sümükləri bərkidir

2.Ürək və damarlar üçün

Ərikdə olan kalium damarların tonusunu yaxşılaşdırır, yüksək təzyiqi salır, dəmir isə hemoqlobini artırır. Beləliklə, ürəyin işi yaxşılaşır

3. Beyin və sinirlər üçün

Ərikdə fosfor beyini aktivləşdirir, yaddaşı yaxşılaşır, sinir uclarının degenerasiyasını zəiflədir. 

4.Gözlərə faydalıdır

Ərik və qurusu görməni artırır, göz sinir və damarlarını qidalandırır

5. Ağciyərləri təmizləyir

İltihab əleyhinə, bronxgenişləndirici xassəsi ilə bronxitin və astmanın müalicəsində istifadə olunur

6.  Bağırsaqları işlədir

Xroniki qəbizlikdə ərik və qurusu çox lazımlıdır. Ərik bağırsağın sağlam mikroflorasını tənzimləyir, onun peristaltikasını yaxşılaşdırır