Bu meyvələr xərçəngin qarşısını alır


Digərləri 03 İyn 2019 21:20:00 257 0

Bu meyvələr xərçəngin qarşısını alır

Yay aylarında bəzi qırmızı meyvələr müxtəlif xəstəliklərin qarşısını alır.

Son.az ölkə.az-a istinadən bu siyahını və qəbul edilən meyvələrin faydasını təqdim edir.

Hər dərdə dərman

Xüsusən də yay aylarında qırmızı meyvələri tapmaq asandır. Bu meyvələr ləzzətli olmaqla yanaşı dərman kimi bir çox dərdin dərmanıdır. Eyni zamanda bu meyvələrin tərkibi antioksidantla zəngindir.

Bu meyvələr qanda şəkərin miqdarını azaldır. Eyni zamanda imunitet sistemini gücləndirir. Bağırsaqların stabil fəaliyyətini dəstəkləyir. Bu meyvələr həm də xərçəngə səbəb olan təhlükəki hüceyrələrin də qarşısını alır, ürək-damar xəstəliklərinə qarşı da qoruyur. "Alzheimer" və qocalıqdan yaranan xəstəliklərlə də mübarizə aparır.

Moruq və böyürtkən xərçəngə səbəb olan pis hüceyrələrin çoxalmasının qarşısını alır. Eyni zamanda yaddaş probleminə də faydası var. Ağız içində yaranan yaraları da müalicə edir.

Digər faydalı meyvə isə qarağatdır. Qarağatın tərkibində antioksidant çoxdur. Bu səbəbdən xərçəng hüceyrələri ilə mübarizədə effektivdir. Həm də yağın orqanizmdən xaric edilməsinə kömək edir. Qarağatın tərkibində omeqa-3 də çoxdur. Bu isə damarların sərtləşməsinin qarşısını alır.