Lənkəran sakinindən sənədsiz ov tüfəngi götürüldü


Digərləri 03 İyn 2019 20:14:00 280 0

Lənkəran sakinindən sənədsiz ov tüfəngi götürüldü

Lənkəran rayon sakinində sənədsiz ov tüfəngi aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Nüvədi kənd sakini Ə.Cavadovdan müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngi götürülüb.