Ot daşıyan yük avtomobili yandı


Digərləri 03 İyn 2019 19:24:00 210 0

Ot daşıyan yük avtomobili yandı

Ağcabədidə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Ağcabədi - Beyləqan yolunda qeydə alınıb.

Yanğın ot daşıyan yük avtomobilində baş verib. Hərəkətdə olan maşının yük yerində olan otun anidən yanması nəticəsində avtomobil kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və DYP əməkdaşları cəlb olunublar.