Zelenski 80 yaşlı Leonid Kuçmaya vəzifə verdi


Dünya 03 İyn 2019 18:59:00 206 0

Zelenski 80 yaşlı Leonid Kuçmaya vəzifə verdi

Prezident Vladimir Zelenski xələfi Leonid Kuçmanı Donbas münaqişəsinin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunda Ukraynanın nümayəndəsi təyin edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Kuçma ilə birgə keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, ölkənin ikinci prezidenti Kuçmanın rəhbərlik edəcəyi əlaqə qrupu iyunun 5-də Minskdə növbəti iclasa qatılacaq.

Qeyd edək ki, 80 yaşlı L. Kuçma bundan öncə də 2018-ci ilin sentyabrına qədər Donbas münaqişəsinin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edib.