Paşinyan geri qayıtmaq istəmir


Dünya 03 İyn 2019 17:49:00 284 0

Paşinyan geri qayıtmaq istəmir

Ermənistan Baş naziri Nikol Paşinyan məzuniyyətinin vaxtını uzadıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, baş nazir bir müddət də məzuniyyətdə qalacaq. Lakin onun nə vaxt qayıdacağı açıqlanmayıb.

Paşinyanı bu postda müvəqqəti olaraq, müavini Tiqran Avinyan əvəz edir.