İş vaxtı spirtli içki qəbul edə biləcəklər


Digərləri 03 İyn 2019 16:15:00 312 0

İş vaxtı spirtli içki qəbul edə biləcəklər

Belçikada polislərə spirtli içki qəbul etməyə icazə verilib.

Son.az xəbər verir ki, federal polisdə 6 ildir tətbiq olunan spirtli içki qadağasının polislərin sosial həyata uyğunlaşmasına mane olduğu səbəbilə ləğv olunub.

Bundan sonra polislərə "tərbiyəli içmək" şərtilə xüsusi günlərdə və tədbirlərdə pivə, şərab kimi içkilərdən istifadə edə biləcək.

Qeyd edək ki, Belçikada spirtli içki qadağası 20120-ci ildə federal polisin sabiq baş komissarı Katerina De Boll tərəfindən qoyulmuşdu.