Mingəçevirdə uşaq döşək yükünün altında qalıb öldü


Digərləri 03 İyn 2019 12:55:00 243 0

Mingəçevirdə uşaq döşək yükünün altında qalıb öldü

Mingəçevirdə 10 aylıq körpə qız uşağı faciəvi şəkildə dünyasını dəyişib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 2018-ci il təvəllüdlü Rəna Şəhriyar qızı Ağamalıyeva döşək yükünün altında qalaraq ölüb.

Yaxınları bildirir ki, bir neçə döşək azyaşlı körpənin üstünə aşıb. Ailə hadisədən xəbər tutanda artıq gec olub.