Bu gün Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq


Digərləri 03 İyn 2019 09:42:46 181 0

Bu gün Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq

Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq.

Bakı. Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-33° isti, Bakıda 31-33° isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə aranda 31-36° isti, dağlarda 20-25° isti təşkil edəcək.