Aleksander Van der Bellen keçid hökumətinin tərkibini təsdiq edib


Dünya 03 İyn 2019 07:41:00 263 0

Aleksander Van der Bellen keçid hökumətinin tərkibini təsdiq edib

Avstriyanın Federal prezidenti Aleksander Van der Bellen ölkənin keçid hökumətinin tərkibinə dair təklifi qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avstriyanın müvəqqəti kansleri Briqitte Birlyayn deyib.

Qeyd edək ki, Avstriyanın prezidenti, Sebastian Kurtsun başçılıq etdiyi ölkə hökumətini vəzifədən azad edib. Mayın 30-da Aleksander Van der Bellen B.Birlyaynı müvəqqəti kansler vəzifəsinə təyin edib.

Məlumata əsasən, iyunun 3-də keçid hökumətinin and içməsi keçiriləcək. Həmin hökumət vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə qədər ölkəyə rəhbərlik edəcək.