Hindistanda dörd alpinist xilas edilib


Dünya 02 İyn 2019 21:54:00 230 0

Hindistanda dörd alpinist xilas edilib

Dörd britaniyalı alpinistlərdən ibarət qrup Hindistanın Uttarakxand ştatındakı Nandadevi dağı yaxınlığında xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, səkkiz nəfərin axtarışı hələ də davam edir.

Məlumata əsasən, xilas olunmuş alpinistlər dağın ətəyində yerləşən baza düşərgəsinə helikopterlə çatdırılıb.

Həmçinin qeyd edilir ki, iki helikopter və piyada gedən qruplar iktin düşmüş idmançıların axtarışını davam edirlər.