Çox antibiotik qəbul edən insanda nə baş verir


Digərləri 02 İyn 2019 19:15:00 280 0

Çox antibiotik qəbul edən insanda nə baş verir

Hazırda elə bir insan yoxdur ki, il ərzində müxtəlif infeksiya və xəstəliklər zamanı antibiotik qəbul etməsin. Çox xəstəliklərdə həm insan, həm həkimlər uzun sağalma dövrünü gözləməyərək, antibiotiklə qısa müddətdə effekt almaq yolunu seçirlər.

Son.az yenicag.az-a istinadən bildirir ki, Karolina Universitetinin alimləri antibiotik qəbul edən insanlarda (söhbət il ərzində bir neçə kurs antibiotik qrupundan dərman qəbul edənlərdən gedir) hansı fəsadların ola biləcəyini araşdıraraq elmi tədqiqat aparıblar.

Antibiotiklər zamanla orqanizmdə fəsadlar yaradır, onlardan biri də sümük strukturunun dağılmasıdır.

Müntəzəm olaraq antibiotik qəbul edənlərdə bağırsaq pozulur, nəticədə daha çox osteoklastlar toplanır ki, onlar da sümüklərin kövrəkləşməsinə və dağılmasına səbəb olur.