Düşmənçilik edən Xatunla Elnarə bir araya gəldi


Şou-biznes 02 İyn 2019 18:24:00 246 0

Düşmənçilik edən Xatunla Elnarə bir araya gəldi

Şou-biznesdə növbəti barışıq baş tutub.

Son.az Axşam.az-a istinadən bildirir ki, bu dəfə müğənnilər Xatun Əliyeva ilə Elnarə Xəlilova küsülülüyə son qoyublar. Onları Xatunun prodüseri Pənah bir araya gətirib.

"Barışıq deyəndə, biz küsməmişdik. Anlaşılmazlıq olmuşdu aramızda. Heç vaxt Xatun haqqında pis fikir söyləməmişəm. Bizə mehribançılıq yaraşır" deyə, Elnarə bildirib.

Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində "Elnarəyə qadağa qoyardım. Gedib evdə oturub uşaqlarına baxsın" sözlərini demişdi. Onun bu sözləri qarşı tərəfi özündən çıxarmışdı.