Gizli bir kodla yüzlərlə insanı terrorçulardan xilas edən 23 yaşlı gənc qız…


Digərləri 02 İyn 2019 18:03:00 220 0

Gizli bir kodla yüzlərlə insanı terrorçulardan xilas edən 23 yaşlı gənc qız…

Jurnalist qızı olan Neerja Bhanot karyerasına model olaraq başlayıb.

Son.az Musavat.com-a istinadən bildirir ki, daha sonra "Pan American Airways" şirkətində stüardessa olaraq işləmək üçün müraciət edib.

İşə qəbul edilən Neerja Bhanton başına gələcəklərdən xəbərsiz idi. Hindistanın Mumbai şəhərində yaşayan gənc qadının işə başladıqdan 6 ay sonra göstərdiyi qəhrəmanlıq sayəsində yüzlərlə insanın həyatı xilas olmuşdu.

1986-cı ildə Pakistandan Frankfurta uçan təyyarədə vəzifəli olan Neerja Bhanton salona 4 şübhəli şəxsin daxil olduğunu anlamışdı. Həmin 4 adamın terrorçu olduğu qənaətinə gələn Neerja pilotlara gizli kod göndərərək onları xəbərdar etməyi bacarıb. Bunun sayəsində pilot, pilot köməkçisi və uçuş mühəndisi təyyarəni havaya qaldırmadan təcili çıxış qapısından qaçıb.

"Ebu Nidal" terror təşkilatının üzvləri təyyarədəki 360 sərnişini girov götürmüşdü. Lakin pilotlar qaçdığı üçün təyyarəni havaya qaldıra bilməyən terrorçular polislərlə razılığa gəlmək məcburiyyətində qaldılar.

Daha sonra terrorçular stüardessalara sərnişinlərin pasportlarını yığmağı əmr etdi. Neerja ABŞ vətəndaşı olan sərnişinlərin hədəf olacağını təxmin edib, onların həyatını da xilas edib. O, topladığı pasportların arasından 41 ABŞ vətəndaşının pasportunu seçərək oturacağın altında gizlətməyi bacarmışdı. Bunun sayəsində terrorçular salonda hansı sərnişinin ABŞ vətəndaşı olduğunu müəyyən edə bilməmişdi.