Uorren Baffetlə nahar 4,57 milyon dollara satıldı


Digərləri 02 İyn 2019 11:04:00 203 0

Uorren Baffetlə nahar 4,57 milyon dollara satıldı

ABŞ-da "Glide" hərracında milyarder Uorren Baffetlə nahar 4,57 mln dollara satılıb.

Son.az Oxu.az-a istinadla bildirir ki, alıcının adı açıqlanmır. 

Baffet artıq bir neçə ildir ki, özü ilə nahar etmək imkanını hərracda satır. "Smith and Wollensky" restoranında baş tutan nahara alıcı özü ilə bərabər daha 7 nəfər gətirə və milyarderə istənilən sualı verə bilər.

Hərracda toplanılan vəsait isə San-Fransiskodakı evsizlərə yardıma göndərilir.