ABŞ prezidentliyinə namizədə hücum ediblər


Dünya 02 İyn 2019 10:22:00 184 0

ABŞ prezidentliyinə namizədə hücum ediblər

ABŞ prezidentliyinə namizəd, Kaliforniyadan olan senator Kamala Harris "MoveOn's Big Ideas" forumunda çıxışı zamanı naməlum şəxs tərəfindən hücuma məruz qalıb. 

Son.az Oxu.az-a istinadən bildirir ki, kişi qəfildən səhnəyə qaçıb və mikrofonu Harrisin əlindən qamarlayaraq, yaxşı bir ideyanı səsləndirmək üçün diqqət istədiyini deyib.

Kişini mühafizəçilər və hətta Harrisin yoldaşı da səhnədən çıxarmağa çalışıblar.

Hadisə baş verən  zaman Harris tələbə kreditləri haqqında öz fikirləri ilə bölüşürdü. Siyasətçi olaydan sonra da çıxışını davam etdirib.