Məşhur futbolçu Bakıda SAÇINI KƏSDİRDİ, ustanı bəyəndi, xaricə aparır FOTO


Digərləri 02 İyn 2019 03:30:00 296 0

Məşhur futbolçu Bakıda SAÇINI KƏSDİRDİ, ustanı bəyəndi, xaricə aparır  FOTO

"Çelsi" və "Arsenal" komandalarınin üz-üzə gəldiyi Avropa Liqasının final görüşü Bakıda keçirildiyi üçün ölkəmizə futbol camiəsinin bir çox ulduzu gəlib.

"Çelsi"nin keçmiş ispaniyalı ulduz futbolçusu Sesk Fabreqas haqda maraqlı məlumat əldə edilib. Belə ki, onun "Abşeron" otelində çalışan saç ustasına Fransada iş təklif etdiyini bildirilib.

Son.az xəbər verir ki, Sport7 məsələ ilə bağlı sözügedən bərbər İkram Yayhayevdən açıqlama alıb:

- İkram bəy, deyilənə görə, Sesk Fabreqasın saç düzümünü siz düzəltmisiniz və çox bəyənib.

- Fabreqas mənim işlədiyim "Abşeron" otelində qalırdı. Dünən gəldi yanıma. Saat 11:45 üçün yer saxlamışdıq. Saçını düzəltdim, getdi. Təxminən 2 saat sonra zəng etdi ki, bəs SPA-da olduğu üçün saç düzümü dağılıb və yenidən həmin ustanın yanına gəlmək istəyir. Saçına əl gəzdirdim. Çox bəyəndi. Səhv eləmirəmsə, dostu Falkaonu da dəvət etmək istədi. Sadəcə, dünən gəlməyi alınmadı, hər halda bu gün gələcək.

- Fabreqasın sizə Fransada iş təklif etdiyi doğrudur?

- Bəli. Şərait xoşuma gəlsə, gedərəm.

- Sizə nə dedi: şəxsi ustası kimi işləməyi, yoxsa Fransada hər hansısa bir salonda işləməyinizi, özünün də müştəri olacağını?


Xəbərə aid fotolar