Heydər Əliyev Mərkəzinin parkında Aygün Kazımovanın konserti olub FOTO


Digərləri 02 İyn 2019 00:02:00 239 0

Heydər Əliyev Mərkəzinin parkında Aygün Kazımovanın konserti olub  FOTO

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib. O, "Aygün şou" adlı proqramda sevilən mahnılarını təqdim edib.

Son.az Trend-ə istinadən bildirir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən proqramda məşhur müğənni səhnəni, həmçinin balacalarla bölüşüb.

Bu günə xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.

Müğəninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouya yeni çalar alıb.