Qədr surəsində adı çəkilən Ruh kimdir?


Digərləri 01 İyn 2019 22:50:00 260 0

Qədr surəsində adı çəkilən Ruh kimdir?

Quranda ruh sözü 21 dəfə istifadə edilmişdir. Bu ayələrdə ruhun müxtəlif mənaları olmuşdur ki, onlara işarə edək:

1. İnsan bədəninə üfürülən ruh. "Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü". ("Səcdə" 9).

2. Vəhy mənasında. "O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun". ("Ğafir" 15).

3. Quran mənasında. "Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur'an və dini təlimlər) vəhy etdik". ("Şura" 52).

4. Ruhul-Qudus mənasında. "Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik". ("Bəqərə" 87).

5. Mələklərin ən böyüyü mənasında. "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər". ("Qədr" 4).