Bəsirəti əldə etməyin 8 yolu


Digərləri 01 İyn 2019 22:40:00 228 0

Bəsirəti əldə etməyin 8 yolu

Bəsirət odur ki, insan şeytanın yaratdığı fitnə mühitində haqla batili bir-birindən ayıra bilsin və haqq yolunu azmasın. Bəsirət, yəni haqqı görən göz. Ancaq göz zahiri deyildir, bəlkə batinidir. Zahiri gözün etdiyi səhvləri də etməz. Hər bir müsəlman arzu edir ki, bəsirətli olsun və həqiqətləri görə bilsin. Ona görə də bəsirət gözümüzü aça bilən 8 yola işarə edək və onlara əməl etməyə çalışaq. (Tebyan)

1. Zəmanənin vilayətini tanımaq və qəbul etmək.

Zəmanənn vilayətini tanımaq - İslam dinində ən mühüm məsələlərdəndir. Peyğəmbərin (s) buyurduğu kimi: "Əgər insan ölər və İmam Zamanını (ə) tanımazsa, İslamdan əvvəlki cahiliyyət dövründə ölənlər kimi olar". Ona görə də hər bir müsəlman öz İmamını (ə) tanımalı və ona itaət etməlidir. Bu əməl bəsirətinin açılmasına səbəb olar. İmam Əli (ə) iki səhabəsinə xitab edərək buyurur: "Əhli-beyt (ə) davamçılarından hər kim bəsirətə çatmırsa, məni tanıyaraq nuraniyyətə çatar. Nə zaman məni bu məqamda tanıdınız, deməli kamil şəkildə bəsirət əldə etdiniz".

2. Fikir və düşüncəyə malik olmaq.

İnsanın bəsirətə çatmasına kömək edən yollardan biri də düşünmək və ictimai, siyasi məsələləri təhlil etməkdir. İmam Əli (ə) buyurur: "O kəsin ki, fikri olmaz, bəsirəti olmaz". İnsan bir xəbəri eşidəndə və ya görəndə onu həmin an qəbul etməməlidir. Bəlkə düzgünlüyünü yoxlayıb, təhlil etməli və ondan sonra onu qəbul etməlidir.

3. Məsələlər haqqında uzaqgörən olmaq.

İnsanın bəsirətli olmasına kömək edən yollardan biri də insanın uzaqgörən olmasıdır. İmam Əli (ə) buyurur: "Hər kim əvvəlcədən gözüaçıq olar və işləri qarşılamağa gedər (məsələlərə qarşı uzaqgörən olar), görən olar". (bəsirətli).

4. Dindar alimlərin ardınca getmək.

İmam Baqir (ə) belə alimləri təsvir edən zaman buyurur: "Alim o kəs kimidir ki, yanında şamı vardır, onun vasitəsilə cəhalət zülməti aradan gedər. Hər kim bu nur ilə aydınlanarsa, heyrətdən xaric olar və cəhalətdən nicat tapar".

5. İlahi təqvaya və imana riayət etmək.