Trampın “Twitter”i bayağılaşıb və əvvəlki gücünü itirib


Digərləri 01 İyn 2019 22:05:00 219 0

Trampın “Twitter”i bayağılaşıb və əvvəlki gücünü itirib

Amerikanın prezidenti Donald Trampın "Twitter" vasitəsilə auditoriya ilə qarşılıqlı təsirinin effektivliyi düşüb.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda "Axios" "CrowdTangle"in tədqiqatına istinadən yazıb.

Analitiklər qarşılıqlı təsirinin göstəricisinin düşməsini bildiriblər. Bu isə onun postlarının sayı və sosial şəbəkədəki abunəçilərin sayı ilə səciyyələnir. Adıçəkilən göstəricilər Amerikanın prezidentinin vəzifəsinin ilk illəri ilə müqayisədə çox zəifləyib.

Nəşr yazır ki, Trampın auditoriya ilə ən güclü kommunikasiya aləti öz effektivliyini itirir. Məsələn, onun adıçəkilən sosial şəbəkədə qarşılıqlı təsirinin əmsalı 2016-cı ildə prezident seçildiyi ildən 2019-cu ilin mayına qədər 0,55%-dən 0,16%-ə qədər enib. 2017-ci ilin iyununda isə bu əmsal 0,32%-də dayanırdı.

Onun Twitter-dəki fəaliyyəti öz aqressviliyini itirib və bayağılaşıb. Xüsusi prokuror Robert Müllerin Rusiyanın prezident seçkilərinə və prezidentin yardımçılarının Rusiya ilə münasibətlərini təhqiq edən istintaqa başladığını elan etməsi də onun sosial şəbəkədəki fəaliyyətinə təsirsiz ötüşməmişdi.