Biz Quranın tanıtdıqları içində hansı dəstədənik?


Digərləri 01 İyn 2019 20:40:00 208 0

Biz Quranın tanıtdıqları içində hansı dəstədənik?

Qurani-Kərim Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olandan sonra bəşərə həqiqi həyat yolunu tanıtmışdır. İnsanlar həyatda dünya meyarları ilə ölçülərlər. Ancaq Quran insanın haqqa olan meylinə görə onları dörd qrupa bölmüşdür:

Birinci qrup: Keçmişləri yaxşıdır və aqibəltəri də yaxşıdır.

İlahi peyğəmbərlər (ə) bu qrup insanlardandır ki, Allah onların həyatına əvvəldən axıra qədər salam göndərir.

"Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq". ("Məryəm" 15).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət İsa (ə) haqqında buyurur: "Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam". ("Məryəm" 33).

İnsanı xilqətindənki hədəf - ruhun təharəti və İlahi xəlifə məqamına çatmaqdır. Bu da vacibatlara əməl etmək və haramları tərk etməklə hasil olar. Bu, aqibətin xeyirli olması üçün ən mühüm rəmzdir. Bütün peyğəmbərlər (ə), Məsum İmamlar (ə) pak insanlardır. Belə ki, Allah Təala onların haqqında buyurur: "Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etməyə iradə edir". ("Əhzab" 33).

İkinci qrup: O kəslərdir ki, keçmişləri pisdir, aqibətləri də pisdir.

"Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir". ("Bəqərə" 6-7).

Bu insanların havayi-nəfsləri və qəlb xahişləri onları uçuruma tərəf sürükləmiş və dünya ləzəztlərini axirətlərinə dəyişmişdilər. Onlar bir zərrə qədər belə tövbə haqqında düşünmürlər.

Üçüncü qrup: O kəslərdir ki, keçmişləri pisdir, aqibətləri isə yaxşıdır.