Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi


Digərləri 01 İyn 2019 20:05:00 215 0

Amerikalı milyarder tələbələrin 40 milyon dollarlıq kredit borcunu ödədi

Amerikalı milyarder və investor Robert F. Smith 2019-cu il məzunu tələbələrin 40 milyon dollarlıq kredit borclarını ödəyəcək. O, həmçinin "Morehouse College"ə 1,5 milyon dollar maliyyə yardımı edib.

Son.az facemark.az-a istinadən bildirir ki, investor bu haqda "Morehouse College"in tələbələrinin məzun günündə çıxışı zamanı bildirib.

"Xahiş edirəm ayağa qalxın, arxanıza çevrilin, dizi dəstəkləyən ailənizi alqışlayın. Onlar burada olmağınızın səbəbidir", - deyə o çıxışı zamanı deyib.

Milyarderin bunun qarşılığında yeni nəsildən istədiyi yeganə istək onların da özlərindən sonrakı nəsillərə yardım etməsidir. O müjdə xəbəri isə belə verib:

"Bu ölkədə yaşayan 8 nəsil adına, sizin avtobusunuza bir az benzin qoyacağıq. Bu mənim sinfimdir və və mənim sinfim bunun qarşılığını verəcək".