TANAP bu ilin sonunadək 3 milyard kubmetr qaz tədarük edəcək (ÖZƏL)


Digərləri 01 İyn 2019 20:02:50 222 0

TANAP bu ilin sonunadək 3 milyard kubmetr qaz tədarük edəcək (ÖZƏL)

Bu ilin sonunadək Trans-Anadolu (TANAP) qaz kəməri vasitəsilə “Şahdəniz” yatağından 3 milyard kubmetrədək qaz nəql olunacaq

Bakı. Ləman Zeynalova - Bu ilin sonunadək Trans-Anadolu (TANAP) qaz kəməri vasitəsilə "Şahdəniz" yatağından 3 milyard kubmetrədək qaz nəql olunacaq. Bu barədə özəl olaraq Trend-ə TANAP konsorsiumundan bildiriblər. Bu il mayın 1-dən TANAP-ın birinci mərhələsi çərçivəsində 1,5 milyard kubmetr qaz nəql olunub. Bu marşrutla qazın kommersiya nəqli ötən il iyunun 30-dan başlayıb. Hələlik TANAP qaz kəməri Eskişehir şəhərinədək qaz nəql edir. Şərqdə bu kəmər Səngəçal qaz terminalından başlayan Cənubi Qafqaz boru kəməri ilə birləşir. TANAP-ın Eskişehirdən Yunanıstan sərhədinə qədər olan hissəsi işə salındıqdan sonra bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəməri ilə birləşəcək.