Aqibətin xeyirli olmasına təsir edən amillər


Digərləri 01 İyn 2019 19:50:00 195 0

Aqibətin xeyirli olmasına təsir edən amillər

İmam Həsən Əsgəri (ə) İmam Sadiqdən(ə) nəql edir ki, Həzrət (ə) bir nəfərə belə yazır: "Əgər işlərinin yaxşı olmasını, həyatının sonunun xeyirli olmasını istəyirsənsə, ölənə qədər Allahın haqqına riayət et. Allahın nemətlərini günah yolunda xərcləmə. Allahın mülayimliyinə məğrur olma, bizim dostlarımıza və tərəfdarlarımıza yaxşılıq et, lazım deyildir ki, onun düz və ya yalan dediyini biləsən. Niyyətinə uyğun əməl et və onu yalanı ilə boş burax". (Tebyan)

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurur: "Peyğəmbərin (s) yanına bir neçə əsir gətirirlər və Həzrət (s) əmr edir ki, onları öldürsünlər. Ancaq bir nəfəri azad edir və həmin kişi Həzrətə (s) deyir: "Ey, Allahın Peyğəmbəri! Nəyə görə məni bunların arasından azad etdin?". Həzrət (s) buyurdu: "Cəbrayil (ə) mənə Allah tərəfindən xəbərdar etdi ki, səndə beş sifət vardır ki, Allah və Rəsulu onu sevir.

1. Ailənə qarşı qeyrətlisən.

2. Səxavətlisən.

3. Xoş xasiyyətsən.

4. Düz danışansan.

5. Şücaətlisən.