Rusiyada zavodda partlayış baş verib - 79 nəfər xəsarət alıb


Digərləri 01 İyn 2019 19:52:00 177 0

Rusiyada zavodda partlayış baş verib - 79 nəfər xəsarət alıb

Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerzhinsk şəhərində baş verən partlayış nəticəsində 80 nəfərə yaxın adam tibbi yardım almaq üçün müraciət edib.

Bakı. Rusiyanın Nijni Novqorod vilayətinin Dzerzhinsk şəhərində baş verən partlayış nəticəsində 80 nəfərə yaxın adam tibbi yardım almaq üçün müraciət edib. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Məlumata əsasən, Kristal zavodunda partlayış nəticəsində ümumilikdə 38 işçi və 41 şəhər sakini olmaqla 79 nəfər müraciət edib. Müraciət edənlər arasında az yaşlılar yoxdur.