Behiştin dərəcələri Quran ayələrinin sayına görədir


Digərləri 01 İyn 2019 19:20:00 235 0

Behiştin dərəcələri Quran ayələrinin sayına görədir

Məsum İmamlar (ə) Quranı hifz etməyi həmişə tövsiyə etmiş və onun gətirdiyi xüsusi mənəvi məqamdan söz açmışdılar.

İmam Sadiq (ə) buyurur: "Quranın hafizi ki, ona əməl edər, mələklərlə oturub-qalxacaqdır". Çünki o zaman ki, bir Quran hafizi mələklərin etdiyi əməllərə oxşar əməllər edər, onlarla bir yerdə və eyni dərəcədə olar. (Tebyan)

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Quranı tilavət edin və onu yadınızda saxlayın. Çünki Allah Təala Quranın olduğu qəlbə əzab verməz".

Quranı hifz etmək insanı vəhyə əməl etməyə və onun mərifətindən bəhrələnməyə sövq edər. Nəticədə cəhənnəm atəşindən amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Quran dəridə olarsa, atəş ona çatmaz".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quranı əzbərdən oxuyar, və güman edər ki, Allah Təala onu bağışlamaz, İlahi ayələri məsxərə edənlərin sırasında yer tutar".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quranı (o qədər ) oxuyar ki, onu hifz edər, Allah onu behiştə daxil edər. Ailəsinin on üzvünə ki, atəş onlara vacib buyurulmuşdu, Allah şəfaətini qəbul edər".